Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Paytaxtda və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz isə 15-20 dərəcə isti olacaq.