Bakıda təmizləyici qurğulara texniki xidmətin göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb. Bu haqda BakuPlus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bu gün, 6 iyul tarixində xəbər verir.
Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən “Pink House”, “Kişmiş”, “Sonalar Sonası”, “Üzeyir”, “Hissa”, “Qızıl Qaya” və “Qızıl Buta” restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən “Yaşıl Bağ” iaşə obyektindən havaya normadan artıq tullantının atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.
Faktlarla bağlı protokol tərtib olunaraq cərimə tətbiq edilib.
Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.