Bakıda hava isinir. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
2 aprel tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.