top
50 min manat ödəyib özünə maşın aldı, amma başqası sürdü - VİDEO
Video
15 sentyabr 2026, 17:55
- ↺ +

50 min manat ödəyib özünə maşın aldı, amma başqası sürdü - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dubaydan avtomobil almaq istəyən Azərbaycan vətəndaşı Sahib Məmmədov 50 min manatdan çox vəsait ödədiyini, lakin avtomobilin başqa şəxsin adına rəsmiləşdirildiyini iddia edir.

Bakuplus.az-a müraciət edən şikayətçi bildirir ki, o, "TikTok" sosial şəbəkəsində "Rustem_dubai_avto" adlı səhifədə avtomobil satışı ilə bağlı paylaşımlar edən Rüstəm adlı şəxslə əlaqə saxlayıb. O, Rüstəmdən "Jeep Wrangler 2025" markalı avtomobil almaq istədiyini bildirib və ona sərfəli qiymət təklif olunub.

Sahib Məmmədovun sözlərinə görə, o, Gəncə şəhərindəki torpağını sataraq avtomobil almaq istəyib. Bakıda yaşayan üç qızı olduğunu bildirən şikayətçi onları rahat şəkildə aparıb-gətirmək üçün avtomobilə ehtiyac duyduğunu deyib.

İddiaya görə, Rüstəm özü Dubayda olduğu üçün behin onun tanışı "DXB Motors" MMC-nin rəhbəri Elvin Məmmədliyə verilməsini istəyib. Bundan sonra Sahib Məmmədov Elvin Məmmədliyə 2 min ABŞ dolları verib. Avtomobil hərracda alındıqdan sonra isə təxminən 23 min dollar əlavə ödəniş edilib. Rüstəm adlı şəxs bundan sonra avtomobil üçün 10 min manatdan çox əlavə xərc çəkildiyini, təkər və şüşələrinin dəyişdirilməli olduğunu bildirib. Bununla bağlı görüntüləri də alıcıya göndərib.

Vətəndaşın sözlərinə görə, əsas ödənişləri Elvin Məmmədliyə edib. İddia olunur ki, Elvin Məmmədli bu ilin iyunun 27-də pulu aldıqdan sonra ayın 28-də Dubaya gedib.

Zərərçəkmiş bildirir ki, avtomobil avqustun 25-də Hüseyn adlı başqa şəxsin adına rəsmiləşdirilib və hazırda Azərbaycanda həmin şəxs tərəfindən idarə olunur. Hüseynlə əlaqə saxlanıldıqda isə o, avtomobili şəxsi vəsaiti hesabına özü aldığını bildirib.

Hazırda vətəndaş nə avtomobili, nə də ödədiyi vəsaiti əldə edə bilir.

Sahib Məmmədov artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir.

Qarşı tərəflərin də mövqeyini öyrənmək üçün Rüstəm və Elvin Məmmədlə əlaqə saxlamağa çalışdıq. Elvin Məmmədli ölkə xaricində olduğu üçün onunla əlaqə yaratmaq mümkün olmadı. Rüstəm adlı şəxsin nömrəsinə isə zəng çatmadı.

Məsələ ilə bağlı Bakuplus.az əməkdaşı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. 

Rüstəm adlı şəxs

Zərərçəkmiş Sahib Məmmədov

 

Son xəbərlər

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Oxşar xəbərlər