Azərbaycanlı gənc rəqqas Şirxan Hindistanın məşhur aktrisası Hema Malini ilə görüşüb.
Bakuplus.az xəbər verir ki, rəqqas Hindistan kinosunun əfsanəvi simalarından olan Hema Malini ilə görüşündən görüntüləri şəxsi sosial media hesabında paylaşıb.
Şirxanın aktrisa ilə bir araya gəlməsi izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, Hema Malini hind kinosunda uzun illər fəaliyyət göstərib. O, xüsusilə "Zita və Gita", "Sevimli Raca" və "Xəyal qızı" filmlərindəki rolları ilə tanınır.