26 oktyabr tarixində Bakıda “Zəfərə doğru” mövzusunda I işgüzar konfrans keçirilib. Tədbir Türkiyə-Azərbaycan Qadın Sahibkarları Platformasının təşkilatçılığı ilə baş tutub. Bu haqda Azərtac xəbər verib.
Tədbirdə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva da çıxış edib. O, tədbirin məqsədinin türk iş adamlarının Qarabağ bölgəsinə sərmayə qoyması olduğunu bildirib.
Türkiyəli iş qadını Canan Göztəpə 20 türk iş qadınının iştirakı ilə Qarabağa səfər ediləcəyini və bölgənin inkişafına töhfə veriləcəyini qeyd edib.
Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərin xatirəsi əziz tutularaq bir dəqiqəlik sükutla yad edilib.
[URIS id=11738]