Azərbaycanda iki böyük şirkət arasında distribütorluq ilə bağlı münaqişə yaranıb. Bu haqda bu gün, 14 aprel tarixində Marja məlumat verib.
Ölkədə bir çox xarici brendlərin məhsullarının satışı ilə məşğul olan “İtaldizain” və “Casamia” şirkətlərinin Bakı Kommersiya Məhkəməsində bir-birini məhkəməyə verdiyi bildirilir.
Məlumata görə, tərəflərdən biri digərini Azərbaycana idxal olunan məhsulları rəsmi distribütorun icazəsi olmadan satmaqda ittiham edir.
“İtaldizain”ın məlumatına görə, “Casamia” Azərbaycan bazarında onlara məxsus olan qab-qacağı icazəsiz satır. Ona görə də şirkət qarşı tərəfdən 150 min manat tələb edir.
“Casamia” “İtaldizain”-ı öz distribütorunun hamam və santexnik məmulatlarını icazəsiz satmaqda günahlandırır. Onların tələbi isə 250 min manatdır.
Hazırda hər iki tərəfin iddiası məhkəmədə baxılır.