Cari ilin 11 ayı ərzində Bakı şəhərində yol nişanlarının tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 mindən çox protokol tərtib edilib. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) böyük inspektoru Araz Əsgərli yollarda xüsusi avtobus zolaqları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
"Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır. Bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır. Hələ də avtobus https://bakuplus.az/wp-admin/post.php?post=81949&action=edit&classic-editor__forgetzolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir", - deyə A. Əsgərli bildirib.