Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakıda fitosanitar monitorinqlər həyata keçirib. Bu haqda 27 iyul tarixində Bakuplus.az AQTA-ya istinadən xəbər verir.
Sözügedən işlər Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılıb. Məqsəd zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkilidir.
Fitosanitar yoxlamalar parklarda, yolkənarı yaşıllıqlarda, bağlarda və istixanalarda aparılıb. Monitorinqlər zamanı zərərli orqanizmlərdən müxtəlif çanaqlı yastıca növlərinə və qəhvəyi mərmər taxtabiti (Holyomorpha halys) xəstəliyinin simptomlarına rast gəlinib.
Monitorinq zamanı sahə aqronomu və texniki işçilərlə maarifləndirici söhbətlər aparılıb və onlara tövsiyələr verilib.
[caption id="attachment_54177" align="alignnone" width="800"]
Foto AQTA-nın rəsmi saytı[/caption]