Sabunçu rayonunda itkin düşən yeniyetmə özü geri qayıdıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
15 yaşlı Sənan Allahverdiyev bir neçə gün öncə yaşadığı evdən çıxmış və ondan bir daha xəbər almaq mümkün olmamışdır. Axtarışlara başlanıldığına baxmayaraq, yeniyetməni tapmaq mümkün olmurdu.
25 iyun tarixində S.Allahverdiyev öz yaşadığı evə geri qayıdıb. Hazırda faktla bağlı araşdırma aparılır.