Bakı-Daşkənd marşrutu üzrə J2-5031 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi məcburi eniş yerinə yetirib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az AZAL-ın mətbuat xidmətinə istinadən məlumat verir.
Təyyarənin kapitanı təyinat yerində pis hava şəraiti ilə əlaqədar Səmərqənd Beynəlxalq Hava Limanında eniş tələb edib.
Bir müddət sonra, Bakı vaxtı ilə saat 23:42-də təyyarə Səmərqənd hava limanına enib.