Bakı Ekspo Mərkəzində 18-20 may tarixlərində “Caspian Agro 2022” adlı 15-ci Yubiley Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək. Bu haqda Report xəbər verib.
Sərgidə Azərbaycan, ABŞ, Gürcüstan, Hollandiya, İspaniya, İsrail, İtaliya, Rusiya, Türkiyə və Ukraynadan olan şirkətlər iştirak edəcək.
Üç gün davam edəcək sərgi zamanı kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq və sahibkarlar ilə sərgi iştirakçıları arasında işgüzar görüşlər keçiriləcək.
“Caspian Agro 2022” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçiriləcək.