Bakıda keçmiş arvadını qətlə yetirən şəxsə hökm oxunub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Arzuman Fazilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
15 iyul 2022-ci il tarixində 44 yaşlı A.Fazilov öz keçmiş həyat yoldaşı, 40 yaşlı Vüsalə Əliyevanı bıçaqla öldürmüşdür.