Bakıda keçmiş arvadını öldürən şəxs barəsində araşdırmalar yekunlaşıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Təqsirli bilinən İlqar Qəribovun cinayət işi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.
İ.Qəribov paytaxtın Xətai rayonunda keçmiş həyat yoldaşı Raminə Qəribovanı öldürməkdə təqsirli bilinir.