Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11.262 kv.m təşkil edir. Üçmərtəbəli binanın 2 mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, 3-cü isə işçi heyət üçün nəzərdə tutulub.
“Bakı KOB evi” gün ərzində 5000 sahibkara xidmət göstərə biləcək. Binada görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı mövcuddur. Burada 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox xidmət göstəriləcək.
Həmçinin diqqətə çatdırılıb ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Sahibkarlar biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta məsələləri ilə bağlı müraciət edə bilərlər.
[URIS id=85905]