Bakıda əks yola çıxan avtomobil təhlükə yaradıb. Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Bakuplus.az xəbər verir ki, avtomobilin sükanı arxasında olan şəxs Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində digər hərəkət iştirakçılarının həyatını heçə sayaraq nəqliyyat vasitəsini əks istiqamətdə sürüb.
"Hyundai Accent" markalı 90-LT-708 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mübariz Məmmədov aşkarlanaraq barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib.