Bakı Baş Gömrük İdarəsi ölkəyə qanunsuz gətirilən 17 ədəd moped aşkar edib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Paytaxtın Səbail rayonunda yerləşən “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınına baxış keçirilən zaman orada bəyan edilməyən 17 ədəd “M 1” markalı elektromopedin olduğu aşkar edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.