Bakıda qanunsuz siqaret satışının qarşısı alınıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bakı Baş Gömrük İdarəsinin keçirdiyi əməliyyat nəticəsinə Azərbaycan vətəndaşının idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilən zaman orada aksiz markası olmayan 64 adda 59.348 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_81122" align="alignnone" width="640"]
Foto Dövlət Gömrük Komitəsinin rəsmi saytı[/caption]