Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi koronavirusun profilaktikası çərçivəsində monitorinqlər keçirib. Bu haqda Agentlik məlumat verib.
AQTA metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirib. Nəzarət tədbirləri çərçivəsində aprelin 10-da ölkə üzrə 172 ictimai iaşə obyektində 317 monitorinq keçirilib. Monitorinqlər zamanı qanunvericiliyin tələblərini kobud şəkildə pozan Xətai rayonunda yerləşən “Qızıl Ay” restoranı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.