Mərdəkan-Zuğulba yolunda hərəkət məhdudlaşdırılır. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən yolun 8-ci km-də yerüstü piyada keçidinin quraşdırılması səbəbindən 10 aprel tarixindən 11-nə keçən gecə saat 02:00-dan 04:00-a qədər yol qismən bağlı olacaq.
Həmin ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.