top
Bakıda maraqlı olay: piyadalar söhbət etdilər, sürücü cərimələndi
02 sentyabr 2022, 02:30
- ↺ +

Bakıda maraqlı olay: piyadalar söhbət etdilər, sürücü cərimələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qayda pozmayan sürücü kamera vasitəsilə cərimələnib. Bu haqda BakuPlus.az Avtosfer-ə istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.

Sürücü Xəqani Gülməmmədov bildirir ki, idarə etdiyi 99-GU-279 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə avqustun 25-də paytaxtın Qara Qarayev prospektində hərəkət edərkən həmin ərazidə olan kamera vasitəsilə 50 manat məbləğində cərimələnib.

Qayda pozmadığını bildirən sürücü qeyd edib ki, onun barəsində tərtib edilmiş qərar piyada keçidində dayanmış piyadalara görə verilib: "Videogörüntüdən də aydın şəkildə görünür ki, iki piyada nizamlanmayan keçidə daxil olur və daxil olduqları istiqamət boş olsa da dayanaraq su içir və sonra söhbət etməyə başlayırlar. Onların yolu keçməyə cəhd göstərmədiyini görən sürücülər, o cümlədən də mən dayanmadan yolumuza davam etdik. Daha sonra keçməyə cəhd göstərərkən ən sonuncu maşın dayanaraq onlara yol verir. Əgər mən keçidə yaxınlaşarkən onların yolu keçməyə cəhd etdiyini görsəydim dayanıb mütləq yol verəcəkdim. Dayanmış piyadaların hərəkət sürətini və hərəkət istiqamətini dəyişmədiyim üçün barəmdə tərtib edilmiş qərarı düzgün hesab etmirəm".

İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə əsasən, sürücü tərəfindən piyadalara “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Elektron qərara əlavə edilmiş görüntüdən aydın şəkildə görünür ki, cərimələnən sürücü piyadaların nə hərəkət sürətini, nə də hərəkət istiqamətini dəyişdirməyə məcbur etməyib.

"Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsində qeyd olunub ki, piyadalar yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdırlar.

X.Gülməmmədov Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən tərtib edilmiş qərara xitam verilməsini xahiş edib.

[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/09/1662028370.mp4"][/video]

Son xəbərlər

Xəbər
Bu gün, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Bu gün, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Bu gün, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Bu gün, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Bu gün, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Bu gün, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Oxşar xəbərlər