Bakı Nəqliyyat Agentliyi tərəfindən vətəndaşlardan daxil olan müraciətlər əsasında daha üç müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib. Həmin marşrutların fəaliyyəti təhlil edilib, sərnişindaşımaların yerinə yetirilməsində nöqsanlar müəyyən edilib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az məlumat verir.
Bunlar 134, 168 və 169 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqədə iştirak etmək istəyənlər agentliyə müraciət edə bilərlər.