“Hyatt Regency Baku”da əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Yarmarkada 33 müəssisə tərəfindən 400 vakansiya təqdim olunacaq. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə bildiriləcək.
Yarmarka martın 6-da saat 11:00-13:00 arası baş tutacaq. Giriş sərbəstdir.