Yasamal rayonunda əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Keçiriləcək tədbirdə “Venta Company” MMC tərəfindən 525 vakansiya təqdim olunacaq. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə veriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Yarmarka 22 noyabr saat 10:00-13:00 arası Mətbuat prospekti, 37a ünvanında, Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.