Polis əməkdaşları paytaxt ərazisində və Abşeron rayonunda narkotik alverinə qarşı silsilə əməliyyatlar keçirib. Bu haqda bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yasamal, Suraxanı və Abşeron rayonlarında 19 nəfər saxlanılıb. Ümumilikdə 29 kiloqram narkotik maddələr və 3100 ədəd həb dövriyyədən çıxarılıb.
Həmçinin, 1 ədəd “Beretta” markalı tapança və 11 ədəd patron aşkarlanıb.
Saxlanılanlar narkotikləri Yeni il bayramı ərəfəsində təşkil olunacaq tədbirlərdə gənclərə yaymaq məqsədi ilə xarici ölkədən gətirmişdilər.
Ümumilikdə respublika ərazisində keçirilən son əməliyyatlar zamanı 43 kiloqram narkotik maddə aşkar olunaraq götürülüb.