Bakıda külli miqdarda narkotiklə tutulan şəxs barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Bəybala Ağayev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2022-ci ilin aprel ayında Bakı şəhərində tutulub. Onun üzərindən 2,6 kiloqram narkotik və güclü təsiredici həblər aşkarlanıb.
Təqsirkar əvvəllər də məhkum olmuşdur.