Bakıda obyektlərdəki qaz balonları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar monitorinqlərə start verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.
Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadəetmə halları, həmçinin bura rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsilə çəkilən qaz xətləri aşkar edilib və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb.
Monitorinqlər yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.
[caption id="attachment_39389" align="alignnone" width="850"]
Foto Report.az saytı[/caption]