Bakının Səbail rayonu, Neftçilər prospekti, 151 ünvanında "Pakistan İnternational Airlines Corporation Limited" şirkətinin Azərbaycandakı filialı açılıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb. Aviaşirkətin qanuni təmsilçi isə Pakistan vətəndaşı Haider Bilaldır.
"Pakistan İnternational Airlines Corporation Limited" ölkəsinin müxtəlif şəhərlərindən Bakıya uçuşlar həyata keçirir.