Bakının polis idarəsinin əməkdaşı qəfil dünyasını dəyişib. Bu haqda bu gün, 31 dekabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Fuad Abbasov Biləcəri qəsəbəsindəki evində olan zaman infarkt keçirib. O, idarədə baş inspektor vəzifəsində çalışırdı.