Bakıda polisin “Saxla” əmrinə tabe olmayan taksi sürücüsü saxlanılıb. Bu haqda 18 aprel tarixində Report məlumat verib.
Sosial şəbəkələrdə yol polisinin “Saxla” əmrinə tabe olmayan taksinin əks olunduğu görüntülər araşdırılıb. YPX tərəfindən keçirilən tədbirlər zamanı həmin taksi sürücüsü, Masallı rayon sakini Aqil Məmmədov saxlanılıb və aidiyyəti üzrə təhvil verilib. Onun üzərində şəxsi istehlak miqdarından artıq 2,268 qram heroin, 0,710 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.