Bakıda yeni seriyalı maşın nömrələri görüntülənib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələri üçün yeni “Q” hərfli seriyası dövriyyəyə buraxılıb.
Belə ki, paytaxt ərazisində avtomobilin üzərində “10” ümumölkə kodu ilə “QQ” seriyası olan nəqliyyat vasitəsi görüntülənib.