Bakıda şantaja məruz qalan 30 yaşlı qadın polisə müraciət edib. Bu haqda bu gün, 28 dekabr tarixində Qafqazinfo məlumat verib.
Xırdalan şəhər sakini A.Eyniyeva polisə müraciət edərək Nahid adlı şəxsin onun sosial şəbəkə səhifəsindən fotolarını ələ keçirdiyini bildirib. Həmin şəxs şəkilləri yayacağı hədəsi ilə ondan kart vasitəsilə 100 manat pul alıb.
Hadisə ilə bağlı Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.