Bakıda qanunsuz balıq ovu edən paytaxt sakini saxlanılıb. Bu barədə 5 noyabr tarixində Trend.az xəbər verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər dənizi sahillərində keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Sahil qəsəbəsində qanunsuz balıq ovlayan şəhər sakini Ziyafət Məmmədov saxlanılıb. Onun barəsində protokol tərtib olunub.