Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
15 fevral tarixində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 4-7, gündüz isə 8-11 dərəcə isti olacaq.
15 fevral günün ikinci yarısından 17 fevral tarixinə qədər isə küləyin sürətinin 28 m/s-dək güclənəcəyi gözlənililr. Fasilələrlə yağıntılı olacaq, qısamüddətli sulu qar və qar yağacağı ehtimalı var.