Tofiq Bəhramov adına stadiona matç vaxtları 3 qapıdan girmək mümkün olacaq. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az “Qarabağ” futbol klubuna istinadən xəbər verir.
“Qarabağ”ın Çempionlar Liqası çərçivəsində keçiriləcək növbəti ev oyununda stadiona “Gənclik” metrosu istiqaməti ilə yanaşı, həmçinin ADA univeristeti yaxınlığından daxil olmaq mümkün olacaq. Akkreditə olunmuş şəxslər və qonaq azarkeşlər “Xankəndi” restoranı yaxınlığından girə biləcəklər.
Daha öncə 19 iyul tarixində keçiriləcək “Qarabağ” - ”Sürix” oyununa bilet satışına başlanıldığı barədə məlumat verilmişdir.