Kliniki Tibbi Mərkəzdən verilən məlumata əsasən, tibb müəssisəsinə son 3 gün ərzində 54 nəfər qarlı havada yıxılaraq travma aldığına görə müraciət edib. Onlardan 3-ün vəziyyəti ağırdır.
Avtomobil qəzalarından xəsarət alanların sayı isə azalıb. Son 3 gündə 9 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib.
Bu, ötən günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir.
12:52 - Təcili Tibbi Yardıma müraciət edənlər
Qarlı hava səbəbindən Təcili Tibbi Yardıma müraciət edənlərin sayı artıb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Belə ki, qarlı hava səbəbindən yıxılıb xəsarət almaqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 nəfər müraciət edib. Onların 28-i qadın, 20-si isə kişidir. Aralarında 1 nəfər azyaşlı uşaq da var.
Daha öncə, 10 yanvar tarixində Tibbi Stansiyaya müraciət edənlərin sayı açıqlanmışdı.