Bakıda taksi fəaliyyəti ilə məşğul olan şirkətlər qiymətlərini qaldırıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az məlumat verir.
"Bolt" və "Uber" şirkətlərinin qiymətləri 60%-dən 300%-dək artırılıb. Şəhər içində gedişi 2 manat təşkil edən məsafə “Bolt”da indi 3,8 manat, “Uber”də isə 5,5 manat təşkil edir.
Fərdi qaydada fəaliyyət göstərən taksi sürücüləri isə 3 manatlıq məsafə üçün hazırda 20-30 manat ödəniş tələb edirlər.
Bakıda qeyri-sabit havə şəraiti yanvarın 12-dək davam edəcək.