Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az məlumat verir.
Dekabrın 19-u axşamdan başlayaraq dekabrın 21-i - çərşənbə günü səhərədək Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 23-28 (tufan küləyi), bəzi yerlərdə saniyədə 30-33 metrə (qasırğa küləyi) çatacaq.
Havanın temperaturu 2-5 dərəcəyə qədər aşağı düşəcək.