13-14 noyabr tarixlərində Bakıda Qida Hakatonuna məlumatlandırıcı həftəsonu təlimləri keçiriləcək. Noyabr ayının sonunda keçiriləcək konkurs Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqının maliyyə dəstəyi ilə baş tutacaq.
“AgriVision” layihəsi çərçivəsində keçiriləcək olan 2 günlük tədbirin məqsədi Bakıda fəaliyyət göstərən İT və Start-up icmalarının təmsilçilərini regionlardan gələn yerli qida istehsalçıları ilə bir araya gətirmək, iştirakçılara yerli qida istehsalı, paylanması və istehlakı ilə bağlı ən mühüm qlobal, regional və yerli problemlər və imkanlar haqqında məlumat verməkdir.
Təlimlərdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.
Seçilən iştirakçılara təlim gündəliyi və daha ətraflı məlumat veriləcək.
Təlimlərdə iştirak ilə bağlı suallar yaranarsa, rsafarzada@epfound.az ünvanına yaza bilərsiniz.