Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində, marketlərdə və iaşə obyektlərində yoxlamalar aparıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az agentliyin mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, Sabunçu rayonunda 3 heyvan kəsimi, Nizami rayonunda, həmçinin 3 heyvan kəsimi məntəqəsi cərimələnib, sahiblərinə qarşı inzibati protokol tərtib edilib, qanunsuz bərpa edilmiş qurğular yenidən sökülüb.
Həmçinin Xəzər rayonunda yerləşən “Mərdəkan bazarı” ticarət obyekti, Səbail rayonunda yerləşən “Kasamasa” kafesi, “Bürc Qala” restoranı, “Qədim ev” kafesi, Nizami rayonunda “Konak Baku”, Binəqədi rayonunda “Teremok” kafesi, “Lalə kafesi”, Xəzər rayonunda “Manqal Dönər”, “Bir Qoşa Pub” iaşə obyektləri cərimələnib.
Tədbirlər davam edir.