Bakıda məşhur restoran cərimələnib. Bu haqda BakuPlus Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Monitorinqlər zamanı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Qoç ət” restoranında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 17-də ölkə üzrə 430 ictimai iaşə obyektində 768 monitorinq keçirilib.