Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 29 ünvanında fəaliyyət göstərən unlu məmulatların istehsalı və satışı müəssisəsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cəzalandırılıb. Bu haqda agentliyin mətbuat xidməti məlumat verib.
Yoxlama zamanı obyektdə müxtəlif nöqsanlar aşkar olunub:
- müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;
- istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı;
- texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi;
- istifadə edilən ət və sub məhsullarının temperatur rejimi gözlənilmədən masaların altında açıq şəkildə saxlanıldığı;
- sanitar qovşağın birbaşa unlu məmulatların hazırlanması sahəsinə açıldığı;
- işçi heyətin dövri tibbi müayinədən keçmədiyi;
- dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı;
- havalandırma sisteminin quraşdırılmadığı;
- pəncərələrin həşəratlara qarşı qoruyucu torunun örtüklə təmin olunmadığı;
- un kisələri və tərəvəzlərin birbaşa döşəmədə divara bitişik halda saxlanıldığı;
- işçi masalarının, divar səthlərinin asan təmizlənə və dezinfeksiya edilə bilən materialla üzlənmədiyi;
- çirkli suların axıdılması üçün drenajın quraşdırılmadığı;
- tullantı qablarının ağzı açıq vəziyyətdə saxlandığı.
Aşkar olunun nöqsanlarla bağlı protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.