Bakıda çörək sexinə inzibati protokol yazılıb. Bu haqda Report 8 fevral tarixində xəbər verib.
“Taleh çörək” ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hafiz Kamranovun icraatına verilən işlə bağlı məhkəmə iclasının vaxtı hələlik məlum deyil.