Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
Mayın 29-da keçiriləcək yürüş Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə baş tutacaq.
Federasiyadan verilən məlumata əsasən, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər şəhər küçələrində hərəkət edəcəklər.
1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.
Qeydiyyat üçün əlaqə nömrələri: +994 12 505 60 03, +994 50 295 01 00
imeyl: info@faa.az
Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.