Bakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevaya hökm oxunub: o, məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda Report 27 dekabr tarixində xəbər verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə, S. Babayevaya qəsdən adam öldürmə və Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə maddələri ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Daha sonra təqsirləndirilənə Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Sevda Babayeva barədə bu il aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.