Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində süd məhsulları istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Qəsəbənin Sabir küçəsi, döngə 3, ev 42B ünvanında yerləşən müəssisədə aparılan yoxlama zamanı məlum olub ki, obyektdə dezinfeksiya işləri aparılmayıb, eləcə də işçilər tibbi müayinədən keçməyiblər və onlar üçün geyinib-soyunma otağı yoxdur.
Həmçinin anbarda ümumi çəkisi 29,7 kq quru xammalın markalanmamış olması aşkarlanıb.
Məlum olan faktlarla bağlı sahibkar məsuliyyətə cəlb olunub. Yoxlamalar davam edir.
[URIS id=92491]