Bakıda COVİD-19 xəstələri ilə çalışan səhiyyə işçilərinin maaşı barəsində verilən qanunun müddəti uzadılıb. Bu haqda bu gün, 30 dekabr tarixində APA məlumat yayıb.
Koronavirus xəstələrinin müalicə aldığı xüsusi ambulator tibb məntəqələrində xidmət göstərən tibb işçilərinin əməkhaqqılarına müvəqqəti əlavənin ödənilməsi 1 yanvar 2022-ci ilə qədər uzadılıb.
Onlar maaşlarının 3 misli məbləğində əməkhaqqılarını 1 iyul 2020-ci ildən 1 noyabr 2021-ci ilə qədər almışdılar.