Bakıda yerləşən qadın və uşaqlar üçün nəzərdə tutulan sığınacaqda virus xəstəliyi yayılıb. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadəyə istinadən məlumat verir.
Ağazadə qeyd edib ki, sığınacaqda qalan uşaqlardan 14-nün yüksək qızdırması var. Qrip virusu olsa da, uşaqlar çox ağır keçirir. 3 uşaq vəziyyətləri ağır olduğuna görə xəstəxanaya yerləşdirilib, onlardan biri reanimasiya şöbəsinə keçirilib.
Uşaqlardan götürülən koronavirus testləri neqativ çıxıb.