Bakıda avtobuslardan birinin hərəkət sxemi dəyişib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Paytaxtın Nərimanov rayonunda - Hidayətzadə küçəsi ilə Çernyayevski küçəsinin kəsişməsində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 4 nömrəli avtobuslar müvəqqəti olaraq alternativ yollardan istifadə edəcək.
Sərnişinlərdən dəyişikliyi nəzərə almaqları xahiş olunur.