top
Bakıda sərxoş kişi arvadını döydü
01 oktyabr 2024, 22:10
- ↺ +

Bakıda sərxoş kişi arvadını döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Bakının Xəzər rayonunda 1973-cü il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.


Demokrat.az-ın məlumatına görə, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Vəli yaşadığı evdə həyat yoldaşı Səbinə ilə aralarında baş vermiş mübahisə zəminində yumruqla onun sağ qol nahiyəsindən bir neçə dəfə vurub. Nəticədə Səbinə xəsarət alıb.

Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Səbinə ilə birgə nikahdan iki övladı var: "Hadisə günü, saat təxminən 19 radələrində yaşadığım evdə bir qədər spirtli içki qəbul etdim. Evdə olan Səbinə anamla mübahisə etdi və ona cavab qaytardı. Mən də bundan əsəbiləşərək Səbinəni yumruqla sağ qol nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdim. Arvadıma xəsarət yetirən zaman evdə anam və oğlum olsalar da, digər otaqda olduqları üçün hadisənin şahidi olmayıblar".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, əri Vəli mütəmadi olaraq spirtli içki qəbul edir, sərxoşluqdan əziyyət çəkir: "Hadisə günü, saat təxminən 19 radələrində yaşadığımız evdə ərim bir qədər spirtli içki qəbul etdi. Daha sonra sərxoş vəziyyətdə mənimlə mübahisə etdi. Mən də ona cavab qaytardım. Bu zaman ərim yumruqla sağ qol nahiyəmdən bir neçə dəfə qəsdən vurdu".

Zərərçəkmiş qeyd edib ki, daha sonra döyülərək xəsarət almağı barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib: "Polis əməkdaşları bizi polis şöbəsinə apardılar. Vəli məni evdə yumruqla sağ qol nahiyəmdən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmişdi".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vəli 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Oxşar xəbərlər